Bu ölkədə Yeni ili keçirmək qadağan oldundu

Bu ölkədə Yeni ili keçirmək qadağan oldundu
  13 Dekabr 2014    Oxunub:3281
Syerra-Leone rəhbərliyi Ebola virusunun yayılması ilə əlaqədar olaraq Milad günü və Yeni il bayramlarının kütləvi şəkildə qeyd edilməsinin qadağan edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Qadağaya riayət olunmasını ölkə hərbçiləri həyata keçirir. Bayram zamanı onlar şəhər küçələrini nəzarətə götürəcək və küçəyə çıxan ölkə sakinlərini evlərinə qaytaracaq. Qadağanın konkret olaraq nə vaxta qədər davam edəcəyi bilinmir.

Hazırda fövqəladə vəziyyət elan olunan ölkədə barlar, gecə klubları, həmçinin insanları kütləvi şəkildə toplaşdığı yerlər qapalıdır. Lakin hələ ki, ölkədə insanların küçəyə və işə getməsinə qadağa qoyulmayıb.

Qeyd edək ki, Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 6388 nəfəri keçib.Ümumilikdə bu xəstəliyə 17 942 nəfər yoluxub.

Virusun əsas yayılma ocağı yenə də Sierra-Leondur. Dekabrın 1-dən 7-sinədək bu ölkədə Ebolaya 397 yeni yoluxma faktı qeydə alınıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti