"Müxalifət qəzetlərinə tövsiyyəmiz ondan ibarətdi ki..."

"Müxalifət qəzetlərinə tövsiyyəmiz ondan ibarətdi ki..."
  17 Fevral 2013    Oxunub:2054
Ziyalılar Gəncənin başçısı və oğlu haqqqında yayılan məlumatların yalan və uydurma olduğunu bildiriblər.
Gəncə şəhərinin bir qrup ziyalısı Elmar Vəliyevlə bağlı müdafiəyə qalxıblar. Onlar ictimaiyyətə müraciət edərək bildiriliblər ki, son günlər müxtəlif müxalifət qəzetləri, internet saytlar və sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin şəxsiyyəti və övladları haqqında ağılasığmaz, qərəzli, heç bir əsası olmayan subyektiv fikirlərlə dolu yalan məlumatlar yayılmaqdadır.

"Geniş mənada desək, guya Elmar Vəliyevin övladlarının bahalı avtomaşınları var və onları 3 nəfər polis əməkdaşı tabel silahı ilə mühafizə edirlər. Eyni zamanda Elmar Vəliyevin oğlu tərəfindən bir tibb bacısının döyülməsi haqda əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb"-deyə müraciət müəllifləri mətbuata etiraz ediblər.

Müraciətdə daha sonra vurğulanır:

“Görünür son iki ilə yaxın bir müdddətdə qədim tarixi abidələrin qorunması, Gəncənin tarixi simasının özünə qaytarılması, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli keçirilməsi şəhərimizdə böyük uğurla davam edən geniş miqyaslı abadlıq-quruculuq işləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıqlarının Gəncədə yüksək səviyyədə həyata keçirməsi dövlətimizin və millətimizin inkişafını gözü götürməyən qüvvələri narahat etməkdədir. Təəssüf olsun ki, bu kimi milli maraqlara qarşı olan qüvvələr Gəncə Şəhər İcra Hakimiyyəti başçısının oğlu barədə həqiqətə uyğun olmayan məlumatlar, daha doğru desək, şaiyələr yaymaqdadırlar.

Gəncə şəhərinin elmi ictimaiyyəti və ziyalı təbəqəsi olaraq bildirmək istərdik ki, müxtəlif müxalifət qəzetləri, internet saytlar və sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu barədə yayılan xəbərlər yalan və uydurmadan başqa bir şey deyildir. Elmar Vəliyev şəhərimizə rəhbərlik etdiyi dövrdən tələbkar rəhbər və ailə başçısı kimi tanınmışdır. Bu faktı istənilən Gəncə sakini təsdiq edə bilər.

O ki, qaldı Elmar Vəliyevin oğlu barədə yalan məlumatlar yayan müxtəlif müxalifət qəzetlərə, internet saytlara və sosial şəbəkələrə onlara da bir ziyalı kimi tövsiyəmiz ondan ibarət olardı ki, şəhər başçısının ailəsi haqqında yazarkən məlumatları ətraflı araşdırsınlar, onun doğruluğunu, obyektivliyini daha yüksək tutsunlar. Unutmaq olmaz ki, cəmiyyətin etik mədəniyyəti sosial-mədəni inkişaf və dövlət təhlükəsizliyinin mühüm şərtidir. Belə olan halda, gəlin dövlətçiliyimizə və mənəvi dəyərlərimizə hörmətlə yanaşaq”.

Modern.az-a göndərilən müraciəti aşağıdakı şəxslər imzalayıblar:

Fuad Əliyev - əməkdar elm xadimi, professor
Allahverdi Seyidov –professor
Kamil Fətəliyev-professor
Sahib Axundov -əməkdar mədəniyyət işçisi
Raya Məmmədova – həkim
Mahir Məmmədov – GDU-nun dosenti, qabaqcıl təhsil işçisi
Tamella Əliyeva - əməkdar müəllim
Bayram Hacıyev – “Tərəqqi” medalçısı
Solmaz Qəmbərova - “Tərəqqi” medalçısı
Yeganə Səfərova - əməkdar müəllim
Xalid Qurbanov – professor
Bəxtiyar Muradov – mədəniyyət işçisi
Xazangül Hüseynova – şairə
Nabat Qasımova - “Tərəqqi” medalçısı
Həsənbala Sadıqov — professor
Sədnik Paşayev — professor
Samir Pişnamazzadə — dosent
Pərvin Kərimzadə — dosent
Xəlil Yusifli — professor
Sevda Qurbanəliyeva — professor
Şahnaz Haşımova — xalq artisti
Elmira Əliyeva — əməkdar mədəniyyət işçisi


Teqlər:





Xəbər lenti