Yaponiya Çinə elçi göndərir

Yaponiya Çinə elçi göndərir
  18 Fevral 2013    Oxunub:1699
Yaponiya və Çin arasında Şərqi Çin dənizində yerləşən adalarla bağlı gərginliyin davam etdiyi bir vaxtda Yaponiyanın xarici işlər nazirliyindən xüsusi nümayəndənin danışıqlar üçün Çinə göndərildiyi bildirilib.
Mütəxəssislərin fikrincə, Yaponiya Çin ilə gərginliyi aradan qaldırmağa çalışır. Buna görə ilk addımı da onlar atıb. Xarici işlər nazirliyinin xüsusi nümayəndəsi Şinsuke Suqiyama sabah Pekində konfransa qatılacaq. Suqiyamanın danışıqlar zamanı Çinə aid bir gəminin yapon gəmisinə müdaxiləsini də gündəmə gətirməsi gözlənilir. Baş Nazir bu hərəkətə "təhlükəli həmlə" adı verib. Amma rəsmi Pekin yaponların bu iddialarını qəbul etməyib.
Danışıqlar çərçivəsində Şimali Koreyanın nüvə sınağı testlərinin də müzakirə olunacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti