TQDK mayın 26-da sınaq keçirəcək

TQDK mayın 26-da sınaq keçirəcək
  21 May 2013    Oxunub:1339
Bu imtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 26-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 27 şəhərində sınaq imtahanları keçirəcək.

AzVision.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri bildirib ki, bu imtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib. İmtahan respublika üzrə 56 imtahan mərkəzində keçiriləcək. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi-müəllim ayrılıb. Onun sözlərinə görə, cari ildə 6 sınaq imtahanı keçirilib və demək olar, respublikanın bütün şəhər rayonlarını əhatə edib. Bu imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib.

M.Abbaszadə qeyd edib ki, TQDK tərəfindən keçirilən sınaq imtahanlarının üstün cəhətlərindən biri bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Anar



Teqlər:  





Xəbər lenti