Ermənilər qanunu pozur

Ermənilər qanunu pozur
  18 Fevral 2013    Oxunub:1741
Ermənistanın ombudsman aparatına seçki hüququnun pozulması halları ilə bağlı məlumatlar daxil olub
Ermənistanda prezident seçkiləri davam edir. Artıq ombudsman aparatının 116 nömrəli “qaynar xəttinə”qanun pozuntuları il bağlı məlumatlar daxil olmaqdadır. Bu barədə Ermənistanın News.am saytı məlumat verib. Yerli vaxtla saat 12:48 olan məlumata görə 28 qanun pozuntusu qeydə alınıb.

Pozuntular əsasən seçki siyahılarında qeyri-dəqiqilik, rüşvətxorluq ilə bağlıdır. Bununla yanaşı əlillərin səs vermələri üçün nəzərdə tutulan pandusların çatışmadığı da bildirilir.

Qeyd edək ki, yerli vaxtla səhər saat 08:00-da başlayan prezident seçkilərinə səsvermələr, elə yerli vaxtla axşam saat 20:00 –da başa çatacaq. Hazırda 41 seçki dairəsi üzrə 1988 seçki məntəqəsi fəaliyyət göstərir.


Teqlər:  





Xəbər lenti