Neftimizin 1 həftəlik qiymətləri

Neftimizin 1 həftəlik qiymətləri
  15 Avqust 2015    Oxunub:2091
Ötən həftə (10-14 avqust) ərzində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 50,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,25 dollar/barel azdır.
AzVision.az -ın Trend-ə istinadən məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 51,09, minimum isə 50,31 dollar/barel təşkil edib.

10-14 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 46,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,04 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 47,17, minimum isə 46,08 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

10-14 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 48,01 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,56 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 48,48 dollar, minimum isə 47,53 dollar/barel təşkil edib.


Teqlər:





Xəbər lenti