`Avropa Parlamenti klinikadır bəyəm?` - Millət vəkili

`Avropa Parlamenti klinikadır bəyəm?` - Millət vəkili
  17 Avqust 2015    Oxunub:2583
“Avropa Parlamentinin prezidenti Martin Schults yenə həddini aşan və tutduğu postla qətiyyən uyuşmayan açıqlamalarda bulunub. "Avropa Parlamenti qət edib ki, Leyla və Arif Yunus təcili tibbi yardıma ehtiyac duyurlar, ona görə də onlar dərhal azad olunmalıdırlar"-bunu o deyir. Avropa Parlamenti klinika-zaddır, onların təcili tibbi yardıma ehtiyac duyduqlarını necə qət edib?”

Bu sözləri millət vəkili, tanınmış telejurnalist Sahib Alıyev öz facebook profilində yazıb. “Hətta tutaq ki belədir, məgər özlərində təcili tibbi yardıma ehtiyac duyanların hamısını açıb həbsdən buraxırlar? Bəlkə, belə də bir Avropa standartı var, bizim xəbərimiz yoxdur?”,- deyə millət vəkili sual edib.

“Hakim və həkim rolunda çıxış edən bu cənabın dayazlığı və qərəzliliyi özünü həm də onda göstərir ki, fotoreportyor Rasim Əliyevin ölümünün necə baş verdiyi ortada ola-ola, həmin cinayəti törədənlərin hamısının tutulduğu halda bunu da hakimiyyətin ayağına yazaraq vətəndaş cəmiyyətinə qarşı “amansız tədbir” adlandırır. Və ardınca da “Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün vəziyyəti dərhal dəyişdirməyə başlamalıdır” deyir. Mənə isə elə gəlir ki, Avropa Parlamenti öz yaxşılığı üçün, Azərbaycanda olan-qalan hörmətini də tam itirməmiş bəlli çevrələrin əlində oyuncaq olan, onların tapşırıqlarıyla həqiqəti əks etdirməyən və bəzən də həddini aşan bəyantlar səsləndirən bu adamı əvəzləməlidir”,- deyə Sahib Alıyev vurğulayıb.


Teqlər:





Xəbər lenti