Dollar ucuzlaşmaqda davam edir

Dollar ucuzlaşmaqda davam edir
  21 Avqust 2015    Oxunub:2685
Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləməkdə davam edir.

AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 21-nə olan rəsmi məzənnələr bülleteninə əsasən dolların rəsmi məzənnəsi 0,0007 manat və ya 0,07% azalaraq 1,0479 manata enib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0138 manat və ya 1,18% artaraq 1,1814 manat olub.

Manata nəzərən Rusiya rublu 0,003 manat və ya 1,91% ucuzlaşaraq 0,0154 manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti