Bloomberg: Daha 10 valyutanı devalvasiya gözləyir

Bloomberg: Daha 10 valyutanı devalvasiya gözləyir
  21 Avqust 2015    Oxunub:2814
Rusiya rublunun ucuzlaşması Moskva postsovet ölkələrinə xüsusi təsir göstərəcək.

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar da bəzi ölkə valyutalarının ucuzlaşmasına səbəb ola bilər.
Bundan başqa Qazaxıstanın milli valyutası tengenin devalvasiyasının (ötən gün - 26%) ardından keçmiş SSRİ ölkələri də daxil olmaqla, daha 10 dünya valyutasını analoji aqibət gözləyir.

Rusiya rublunun ucuzlaşması Moskva ilə sıx ticarət əlaqələri olan postsovet ölkələrinə xüsusi təsir göstərir.

Belə ki, mütəxəssislər Ermənistan dramının mümkün devalvasiyasını proqnozlaşdırırlar. Son bir ildə rubl 46% dəyərdən düşsə də, dram yalnız dəyərini 15% itirib.

Bundan başqa, Qazaxıstanın milli valyutasının devalvasiyası Tacikistan və Türkmənistan valyutalarına da mənfi təsir göstərə bilər.
Qazax tengesinin də dəyər istirməsi “Bloomberg” analitiklərinə görə qonşu Tacikistan və Türkmənistana neqativ təsir göstərəck. Belə ki, türkmən manatının 20%, tacik somonisi 10-20% və qırğız somasının da bir neçə faiz azalması gözlənilir.

Digər tərəfdən, neft qiymətləri Səudiyyə Ərəbistanı rialı və Nigeriya numayrasının da devalvasiyasına yol açacaq. Səudiyyə Ərəbistanında rialın dəyərdən düşəcəyi də istisna edilmir. Analitiklər qeyd edirlər ki, bu ölkə hökumətinin valyutanın məzənnəsini sabit saxlamaq üçün kifayət qədər ehtiyatları var. Lakin spekulyativ əməliyyatlar həyata keçirən treyderlər neftin qiymətinin düşməsindən istifadə edə bilərlər. Bu səbəb həmçinin Nigeriya nayrının 20%-lik devalvasiyasına gətirib çıxara bilər.

Ümumilikdə, “Bloomberg” ekspertləri bir sıra ölkələrdə devalvasiyanı siyasi səbəblərlə əlaqələndirirlər. Belə ki, Misirdə davam edən qeyri-sabitlik yaxın 12 ayda funtun məzənnəsinin 22% düşməsinə səbəb ola bilər. Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimal edilən Türkiyədə də lirəni problemlər gözləyəcəyi proqnozlaşdırılır.

Çinlə sıx xarici ticarət əlaqələri olan Zambiyanın milli valyutası (kvaç) üçün də bədbin proqnozlar verilir. Valyuta ehtiyatları son 17 ildə ən minimal həddə düşən Malayziya rinqqitinə də mənfi təsir göstərəcək.

Bloomberg həmçinin Qana valyutası sedini də devalvasiya gözləyənlər sırasına daxil edib. Səbəb qismində isə neftin ucuzlaşması, kəsin inflyasiya, habelə xarici borcun artması amilləri qeyd olunur.

AzVision.az



Teqlər:  





Xəbər lenti