AXCP-dən kütləvi istefalar olacaq
Mənbənin sözlərinə görə, istefa verəcək şəxslər Razi Nurullayevin alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulacaqlar: `AXCP-dən istefa verib Razi Nurullayevin tərəfinə keçmək istəyən onlarla cəbhəçi var. Onlar qarşıdakı günlərdə hissə-hissə bəyanat verərək partiyadan uzaqlaşacaq`.
Mənbəmiz bildirdi ki, artıq istefa verəcək şəxslərin adları ona məlumdur, lakin bunu həmin şəxslər öz bəyanatları ilə açıqlayacaqlar.
Elvin Abdulqədirov
AzVision.az