Keçmiş nazir müavini vəfat etdi

Keçmiş nazir müavini vəfat etdi
  22 Avqust 2015    Oxunub:2832
Azərbaycanda görkəmli maliyyə işçisi və əməkdar iqtisadçı Vəfadar Rzayev vəfat edib.
AzVision.az-ın APA-ya istinadən xəbərinə görə, 82 yaşlı iqtisadçı ağır xəstəlikdən əziyyət çəkib. Qeyd edək ki, Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub. Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb. 1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb.

1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub.

1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb.

1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavini vəzifəsində çalışıb.

1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azəbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub.

V. Rzayev 15 il Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və dövlət büdcəsi fənləri üzrə baş müəllim və dövlət buraxılış imtahan komissiyasının sədri olub.

Azərbaycanın maliyyə-bank sahəsində müstəsna xidmətlərinə görə V.Rzayev bir çox dövlət ordeni və medallara, fəxri fərman, əməkdar iqtisadçı, əmək veteranı, SSRİ əla maliyyəçisi nişanına layiq görülüb, Bakı şəhər sovetinin deputatı olub.

Allah rəhmət eləsin!


Teqlər:





Xəbər lenti