PKK-dan növbəti hücum - 1 ölü, 3 yaralı

PKK-dan növbəti hücum - 1 ölü, 3 yaralı
  24 Avqust 2015    Oxunub:1616
PKK terrorçuları Türkiyənin Diyarbakır vilayətinin Qulp mahalında növbəti dəfə hərbiçilərə hücum edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında terrorçular hidroelektrik stansiyası inşaatının təhlükəsiz qüvvələrinə minaatanlardan hücum edib.

Hücum nəticəsində 1 əsgər şəhid olub, 3 əsgər isə yaralanıb. Yaralılar ilkin müdaxilədən sonra Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra Türkiyə ordusu ərazidə terrorçuların axtarışı üçün hərəkətə keçib.


Teqlər:





Xəbər lenti