Neftin qiyməti nə zaman qalxacaq?

Neftin qiyməti nə zaman qalxacaq?
  24 Avqust 2015    Oxunub:4253
`Neftin ucuzlaçması uzunmüddətli olmayacaq, qiymət bir neçə həftədən sonra qalxmağa başlayacaq. Bu, Amerika bazarındakı mövsümi effektlə bağlı olacaq. Ən geci bir neçə aydan sonra qiymətlər 50 dolların üzərinə qalxacaq`.

Bu sözləri `ING Bank`ın eksperti Cofri Minn neftin qiymətilə bağlı proqnoz verərkən `Rossiya 24` kanalına deyib.

Bu arada Asiya Fond Bazarları da mənfi dinamika göstərməkdədir. Şanxay Birjasında indekslər 9% düşüb. Yaponiyanın Nikkei indeksi 4,5% azalıb.

Dünya bazarında metalların da qiyməti ucuzlaşır. Mis 2,6%, qızıl 0,2% aşağı düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti