5 manata görə 11 il
Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yelmar Surxayzadə və Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Xəyal İsmayılovun bu ilin fevralın 10-da saat 07:15 radələrində, M.Davudoğlu küçəsində “VAZ-2108” markalı avtomobillə Bakı şəhər sakini Hüsniyyə Seyidəliyevanın içərisində 5 manat və şəxsi əşyaları olan əl çantasını soyğunçuluq yolu ilə talayıblar.
Hökmə əsasən Yelmar Surxayzadə 4 il, Xəyal İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.