Milli Məclisdən jurnalistlərə xəbərdarlıq
AzVision.az xəbər verir ki, Milli Məclisin payız sessiyasında akreditə olunmaq üçün media qurumları tərəfindən parlamentə müraciətlər daxil olur.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, akkreditasiya prosesi hazırda davam edir.
“Sentybarın 15-dək jurnalistlərin akkreditasiya ilə bağlı müraciət məktubları qəbul olunacaq”.
Akif Təvəkküloğlu qeyd edib ki, yalnız ondan sonra akkreditasiya ilə bağlı müraciət edən jrunalistlərin məktublarına baxılacaq.
Anar Kəlbiyev