Bu günə olan valyuta məzənnəsi

Bu günə olan valyuta məzənnəsi
  02 Sentyabr 2015    Oxunub:2178
Bu gün Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0479 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0004 manat və ya 0,03% artaraq 1,1813 manat olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti