Gələn il büdcədə neft neçə dollardan götürüləcək?
“Əldə etdiyimiz məlumata əsasən, infrastruktur xərclərinin azalmasına baxmayaraq sosial ayırmalarda hər hansı ixtisarlar olmayacaq. Gələn ilki büdcədən 2015-ci ildə nəzərdə tutulan sosial ayırmaların həcmini qoruyub saxlamaq mümkün olacaq. Digər tərəfdən, büdcə gəlirlərində qeyri-neft sektorunun payının 35 faiz olması və sosial ayırmaların da həcmdə paya malikliyi bu istiqamətə ayrılan vəsaiti neftin dünya bazar qiymətində sığortalayır. O baxımdan, növbəti ilin büdcəsindəki sosial ayırmalar təmin olunmuş xərc maddəsidir. Güman olunur ki, 2015-ci ilin növbəti aylarında da Maliyyə Nazirliyi sekvest tətbiq etməklə infrastruktur xərclərinə qənaət edəcək. Bütövlükdə, gələn il neftin qiymətinin bu il ilə müqayisədə 40 dollar aşağı götürülməsi qeyri-neft sektoruna diqqətin daha da artırılmasının gündəmə gətirib”.
Anar Kəlbiyev
AzVision.az