İranda prezident seçkiləri başladı

İranda prezident seçkiləri başladı
  14 İyun 2013    Oxunub:1514
Bu gün İranda rəsmi olaraq 11-ci prezident seçkilərinə səsverməyə start verilib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, səsvermə yerli vaxtla səhər saat 8-dən başlanacaq. İranlıların səsverməsi üçün 66 min səsvermə məntəqəsi yaradılıb. Hazırda prezident seçkilərində 6 namizəd iştirak edir: Məsləhət Şurasının katibi Möhsün Rzayi, Milli Ali Təhlükəsizlik Şurasının baş katibi və nüvə baş müzakirəçisi Səid Cəlili, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, Tehran meri Məhəmməd Baqir Qalibaf, Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, keçmiş telekommunikasiya naziri Məhəmməd Qərəzi. İran prezidenti Mahmud Əhmədinejad konstitusiyaya görə seçkilərdə iştirak edə bilməz.

Səsvermədə 50,5 milyon nəfər iştirak edəcək. Xarici ölkələrdə yaşayan iranlılar həmin ölkələrdəki səfirlik vasitəsilə səs verə bilərlər. Seçkilərin nəticələri Daxili İşlər Nazirliyi tərəfindən elan olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti