Neftin 40 dollara düşməsinin ssenarisi hazır idi - Nazir
“50 dollarlıq ssenari bizim hazırladığımız varianta baza ssenarisi kimi qəbul edilir. Eyni zamanda, biz pessimist bir variant da hazırlamışıq. Bu, neftin qiymətinin 40 dollara düşməsi ssenarisidir. Digər ssenari optimist ssenaridir ki, bu ssenaridə neftin qiyməti 60 dollar götürülüb”.
Samir Şərifov qeyd edib ki, neftin qiymətinə dair müxtəlif proqnozlar var:
“Beynəlxalq qrumların, müəyyən bankların proqnozları var. Bunu da nəzərə almaq lazımdır ki, bu bankların proqnozları öz kommersiya maraqlarına uyğdun ola bilər. Çünki onlar birjaların oyunçulardır. Lakin biz 40,50 və 60 dollarlıq variantlara hazırıq və bunun üçün büdcədə çevik hərəkətlər ediləcəkdir”.
Nazir qeyd edib ki, ötən illə müqayisədə neftin qiyməti 2 dəfədən çox azalıb:
"Söhbət təxminən 60%-lik ucuzlaşmadan gedir. Bu, yalnız nefti hasil edən ölkələrin iqtisadiyyatına deyil, təəccüblü görünsə də, neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir edir. Bildiyimiz kimi, neftin ucuzlaşması neftin hasilatının kəskin artımı ilə əlaqələndirilir. Söhbət ABŞ-da neft hasilatının artımından gedir. Son dövrlər ABŞ-da neft hasilatı gündəlik 2 milyon barreldən 3 milyon barrelə qaldırılıb. Və bu ilin sonuna gözlənilir ki, bu göstərici 13 milyon barrel səviyyəsinə qaldırılsın. Bununla yanaşı, OPEC-ə daxil olan ölkələr hasilatı azalmayıb. Əksinə, burada da artım müşahidə olunur. Onların strategiyası budur ki, ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını qorumalıdır.
Bunun nəticəsində bazarda tələb təklifi üstələyir. Bu isə neftin kəskin ucuzlaşmasına səbəb olub. Eyni zamanda, burada heç bir iqtisadi məntiqə zidd olan siyasi oyunların olmasını da biz istisna etmirik. Lakin reallıq budur ki, neftin qiyməti kəskin ucuzlaşıb və biz bu reallığı qəbul etməliyik, öz iqtisadi modelimizi bu reallığa uyğun qurmalıyıq".
Teqlər: