Suriyanın taleyi dəyişəcək

Suriyanın taleyi dəyişəcək
  14 İyun 2013    Oxunub:1338
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Suriyanın taleyini dəyişəcək addım atıb.
Suriya hakimiyyətinin dinc insanlara qarşı kimyəvi silahlardan istifadə edərək "qırmızı xətti" keçdiyini bildirən "Ağ ev" lideri deyib ki, suriyalı müxaliflər silahla təmin olunmalıdır. Artıq bunun üçün xüsusi qruplar da yaradılıb.

Rəsmi Vaşinqtonun müxalif "Azad Suriya Ordusu"na dəstəyi Bəşər Əsədin hakimiyyətinə son qoyulana qədər davam edəcək. Müxalif döyüşçülərin ilk hərbi təlimləri isə İordaniyada gerçəkləşdiriləcək. Artıq Amerika İordaniyaya F-16 təyyarələri və Patriot raket sistemləri yerləşdirib.
AzVision.az


Teqlər:  





Xəbər lenti