Milli Məclis 2 gün büdcəni müzakirə edəcək
Büdcə zərfi əvvəlcə parlamentin komitələrində müzakirə olunacaq. Komitələr öz təkliflərini bildirəcəklər. Bundan sonra büdcə zərfi plenar iclasda müzakirə olunacaq.
Qeyd edək ki, Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.
Anar Kəlbiyev
Teqlər: