Dini obyektlər turizm məqsədləri üçün istifadə edilə bilər

Dini obyektlər turizm məqsədləri üçün istifadə edilə bilər
  25 Sentyabr 2015    Oxunub:2493
Azərbaycanda dini obyektlər turizm məqsədləri üçün istifadə edilə bilər.
AzVision.az-ın məlumatına görə, bu məsələ Azərbaycanın 2016-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin icmalına daxil edilib.
Sənəddə qeyd olunub ki, turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, dini obyektlərin turizm məqsədləri üçün istifadə edilməsi 2016-2019-cu illərdə qarşıya qoyulan əsas məqsədlər sırasındadır.

Bundan başqa, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi də həmin dövrün prioritet sosial-iqtisadi inkişaf istiqamətlərindəndir.

Ortamüddətli dövrdə nəqliyyat sektorunun inkişaf siyasətinin prioritetləri onun davamlı inkişaf etdirilməsi, nəqliyyat sektorunun inkişafı, Azərbaycan ərazisindən keçən nəqliyyat-kommunikasiya trafikinin və əsas nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi və müasirləşdirilməsi əsasında milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına inteqrasiyası, Azərbaycan ərazisində, xüsusilə limanlarda xüsusi iqtisadi zonaların yaradılması təşkil edəcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti