Ermənistana yük daşımalarına icazə verilməyəcək
C.Qurbanov Azərbaycan Respublikası ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımalarına heç bir halda icazə verilməyəcəyini xususilə vurğulayıb.
Cəmiyyət sədri, həmçinin Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirak etməsindən söz açıb. C.Qurbanov dəmir yollarında irihəcmli işlərin gedişatı, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və bu layihənin Azərbaycanın tranzit potensialını artıracağı barədə iclas iştirakçılarına geniş məlumat verib.