Dollar və rubl bahalaşdı

Dollar və rubl bahalaşdı
  01 Oktyabr 2015    Oxunub:2033
Azərbaycan Mərkəzi Bankının (AMB) 1 oktyabra olan rəsmi məzənnələr bülleteninə əsasən, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0005 manat və ya 0,05% artaraq 1,0485 manat olub.

AzVision.az-ın məlumatına görə, bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0107 manat və ya 0,91% azalaraq 1,1688 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,26% bahalaşaraq 0,0161 manata yüksəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti