Enerji sektorunun dövlət proqramı hazırlanacaq

Enerji sektorunun dövlət proqramı hazırlanacaq
  01 Oktyabr 2015    Oxunub:1964
Energetika Nazirliyi yerli və xarici mütəxəssislərin, energetika sahəsində fəaliyyət göstərən qurumların rəy və təkliflərini nəzərə almaqla, Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərini müəyyənləşdirib.
Bu barədə AzVision.az Energetika Nazirliyinin saytına istinadən məlumat verir.

Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsində məqsəd ölkənin bütün enerji ehtiyatlarının ( təbii qaz, elektrik enerjisi, su, günəş, külək, sənaye-məişət tullantıları və s.) səmərəli istifadəsinə, bu ehtiyatların tam şəkildə enerji balansında iştirakına və ölkə iqtisadiyyatının yüksək templə inkişafına nail olmaqdan ibarətdir. Energetika sektorunun strateji inkişaf planının yüksək prioritet təşkil edən məsələləri aşağıdakı istiqamətləri əhatə edir:

Strateji inkişafın konsepsiyalarının və tədbirlər kompleksinin hazırlanması

1.Energetika sektorunun 25-30 illik inkişaf strategiyasının hazırlanması;
2. Enerji resurslarından səmərəli istifadə, son təlabatçının enerji effektivliyi və alternativ enerji mənbələrindən istifadə üzrə 15-20 illik Dövlət Proqramının hazırlanması;
3. Energetika sektorunun inkişafı üzrə 5 illik Dövlət Proqramının hazırlanması.

Qanunvericilik və normativ-hüquqi bazanın yaradılması Energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının təmin edilməsi üçün bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi çox mühümdür. Bu məqsədlə aşağıdakı vəzifələrin yerinə yetirilməsi məqsədəuyğundur:

4. Elektrik enerjisi üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin hazırlanması;
5. Təbii qaz üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin hazırlanması;
6. Daxili enerji bazarlarını (elektrik və təbii qaz üzrə) tənzimləyən Müstəqil Tənzimləyici orqan haqqında qanun layihəsinin hazırlanması;
7. Elektrik enerjisi üzrə Şəbəkə Məcəlləsinin hazırlanması;
8. Təbii qaz üzrə Şəbəkə Məcəlləsinin hazırlanması.

Bazar subyektlərinin strukturlaşdırılması və tarif siyasəti Bu məqsədlə aşağıdakı tədbirlərin keçirilməsi təklif edilir:

9.Elektrik enerji və təbii qaz sistemlərinin ( “AZƏRENERJİ” ASC, ”AZƏRİŞIQ” ASC, “AZƏRİQAZ” İB ) strukturlarının qanunvericilikdə nəzərdə tutulan bazar subyektləri əsasında yenidən qurulması;
10. Son tələbatçıların və digər bazar subyektlərinin maraqlarını əks etdirən, bölüşdürülə bilən, məhsulun və xidmətin maya dəyərinə əsaslanan (X-faktorla) elastiki tariflər sisteminin yaradılması.


Teqlər:





Xəbər lenti