Bu ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri 5,9 faiz artaraq 26,7 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin 75,0 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,7 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,8 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.