Bakının mərkəzi yollarından birində sürücülər artıq geriyə dönə bilərlər.
AzVision.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, Mərkəzin təklifi əsasında M.K.Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində Həsən Əliyev küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin geriyə dönməsinin təşkili məqsədilə yolötürücünün üzərində geriyə dönmə qaydası (şəkildə göstərildiyi qaydada) icra olunaraq sürücülərin istifadəsinə verilib.