Jirinovski: ABŞ “informasiya diktatoru”dur

Jirinovski: ABŞ “informasiya diktatoru”dur
  19 İyun 2013    Oxunub:1271
Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Amerika xüsusi xidmət orqanlarını ittiham edib.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, Amerika xüsusi xidmət orqanları Apple, Microsoft, Google şirkətləri vasitəsilə bir sıra ölkələrdən gizli informasiya əldə edib.

“Son günlərdə ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyəti hay-küyə səbəb olub. Demək olar ki, dünyada sərin müharibə başlanıb” - Jirinovski Dövlət Dumasının plenar iclasında çıxış edərkən bildirib.

Jirinovskinin sözlərinə görə, kiber-müharibə çərçivəsində Apple, Microsoft, Google şirkətləri Amerika xüsusi xidmət orqanlarının “məxfi proqramına cəlb edilib. Hələ ağız dolusu danışırlar ki bu Amerika demokratiyasıdır. Əslində isə bu informasiya diktaturasıdır” – o əlavə edib.

Jirinovski həmçinin Britaniya kəşfiyyat xidmətinin 2009-cu ildə “Böyük səkkizlik” və “Böyük iyirmilər”in görüşündə danışıqları dinlədiyini də qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti