Adı “c” ilə başlayanlar

Adı “c” ilə başlayanlar
  24 İyun 2013    Oxunub:1923
Vüsal Məmmədov

Kim necə istəyir başa düşsün, amma “Azərbaycanda diktatura var” deyə bağıran bir dəstə gədə yığınağı mövcuddur ki, mən onlara baxanda Azərbaycanda diktaturanın olmamasına doğrudan heyifsilənirəm. Bu məxluqatın əlinə verilən demokratik imkanlar meymunun əlinə düşən bomba kimidir: hər an nəsə bir bədbəxtlik çıxara bilərlər. Və hər dəfə onların əllərinə verilənlə necə rəftar etdiklərini görəndə mən dəhşətə gəlirən: demokratiya, doğrudan, çox təhlükəli ola bilər! Meymunun əlindəki bombanın hər an partlaması mümkündür.
Azərbaycanda internet tam demokratik məkandır, burada heç nəyə məhdudiyyət qoyulmayıb. Hamı istədiyini edə bilər. Yaxşı, bəs nə edirlər? İnternetin Azərbaycan sektorundakı qədər söyüş və təhqir inanmıram ki, hansısa başqa bir milli sektorda olsun. YouTube-da videoların altında küçə söyüşləri yazılır, facebook-da status və şərhlərdə ən əxlaqsız sözlər yer alır. Və DİQQƏT: bunu tində yığışıb, “şey” çəkib hallanan qaqaşlar eləslər, dərd yarıydı. Yox, bunu siyasi cəhətdən aktiv olan gənclik edir. Daha dəqiqi onun radikal hissəsi.

Bilən bilir, bilməyənin isə inanmağını istərdim: radikal siyasi gəncliyin virtual məkanda əxlaqsız küçə avaralarından heç bir fərqi yoxdur! Onlar üçün hamının oxuduğu yerlərdə söyüşlər yazmaq problem deyil. Adam hakimiyyətə söyür deyə, özünü şəxsiyyət hiss edir, özü kimi 5-6 sərsəri də bu hissiyyatını bölüşürlər, elə bilirlər ki, ciddi işlə, ay nə bilim dirənişlə-filan məşğuldurlar, amma mahiyyətcə hamısı küçə uşağıdırlar. Özü də ən pisindən, ev tərbiyəsi görməyənindən.

Bu yazını mənə yazdıran səbəb odur ki, mahiyyəti kimi adı da “C” hərfilə başlayan biri facebook-da ölkənin həm bayrağını, həm də birinci xanımını təhqir edən murdar bir şəkil paylaşıb. Elə bir şəkil ki, heç bir küçə uşağı bunu etməzdi, çünki hətta onların da özlərinə görə bir davranış kodeksi var. Ən azından yığışıb aralarında söhbət çürüdür, bir-birini “prav-neprav” çıxarırlar. Radikal gənclərdə heç bir kodeks, sərhəd, tormoz yoxdur. Bu anlamda onlar küçə uşağından daha pis və qorxuludurlar.

Tam səmimi sözümdür: heç bir küçə uşağı o şəkli paylaşmazdı. Biz facebook-da və internetin tinlərində tərbiyəsiz böyüyən təhlükəli bir nəsillə qarşı-qarşıyıq. Bunlar çox zay zümrədirlər. Onlar üçün müqəddəs heç nə yoxdur. Onlar internet küçələrində tərbiyə görmədən, ona-buna dil və əl uzadaraq böyüyüblər.

Bu sürüyə daxil olanlar orda-burda hakimiyyətə, ölkənin birinci ailəsinə hədyanlar danışır, bununla özlərini “azad düşüncəli” hesab edirlər. Və deyirlər ki, “Azərbaycanda diktatura” var. Heç biri anlamır ki, Azərbaycanda diktatura olsa, bu qələtləri eləyə bilməzdilər. Eləsəydilər, indi ağızları “Batman”-dəki Cokerin ağzını xatırladardı.

Demokratlıq isə oradan başlayır ki, onların hər biri öz vicdanına etiraf eləsin: başqalarına, o cümlədən ölkənin birinci ailəsinə yağdırdıqları hədyanlar, söyüşlər özlərinə və ailələrinə deyilsə, götürərdilərmi? Yox! İnanmırsınızsa, yoxlayın: cəhd edin, deyin.

Ən pisi odur ki, bu məxluqatı başa salmaq olmur. Tutaq ki, ölkənin həm bayrağını, həm də birinci xanımını təhqir edən həmin o özü və adı “c” həfi ilə başlayan adama pis iş gördüyünü anlatmaq mümkün deyil. O, haqlı və mübariz çıxacaq, sən olacaqsan yaltaq. Baxmayaraq ki, onun haqsız olduğu qədər sənin də haqlı olduğun açıq-aşkar ortadadır. Dəxli yoxdur, hakimiyyətin xeyrinə ən düzgün sözü desən belə, sən haqsızsan və yaltaqsan. Ona görə də, bu adam(lar)la danışmağın ancaq iki yolu var.

Birinci yol odur ki, tutub bağlayırsan stula, özünün anasının, bacısının, arvadının, yoxdursa sevgilisinin, başqa bütün qadınlarının əzalarının müxtəlif ölkələrin bayraqları fonunda necə görünə biləcəyi haqda dərin və mənalı bir mühazirə oxuyursan. İmkan daxilində özünün etdiyi kimi əyani vəsaitlər də göstərirsən ki, mühazirə maraqlı keçsin.

İkinci yol isə odur ki, sadəcə duelə çağırırsan belələrini. Mən, məsələn, çağırardım. Görünür, sataşdıqları şəxslər ya bunları adam saymadığna görə, ya nəsə başqa səbəbdən reaksiya vermir, amma kimsə verməlidir. Mən bir ölkənin bayrağını və birinci xanımını təhqir edənlərin öz mənasız varlıqlarını istədiklərini kimi sürdürmələrini anlaya və qəbul edə bilmirəm. Heç bir ölkədə belə bir şey ola bilməz. Və özünü axırıncı yola qoymuş bir dəstə de(r)mokrat var deyə, biz də buna sakit yanaşmalı deyilik.


Teqlər:  





Xəbər lenti