Əhali 19 milyarddan çox kredit götürüb

Əhali 19 milyarddan çox kredit götürüb
  17 Noyabr 2015    Oxunub:2819
2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 12,1 mlrd. manat vəsait daxil olub.
Dövlət Statistika Komitəsindən AzVision.az - a verilən məlumata görə, büdcədən 12,2 mlrd. manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 92,1 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,2%-i səviyyəsində olub. Büdcə xərclərinin 4,8 mlrd. manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,9 mlrd. manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 4,5 mlrd. manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.

Bundan başqa 2015-ci il oktyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 19,1 milyard manat təşkil edib, onun 14,9 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il oktyabr ayının 1-i ilə müqayisədə 8,4 faiz artıbr. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,1 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 2015-ci il oktyabr ayının 1-nə 7,3 milyard manat təşkil edib.



Teqlər:  





Xəbər lenti