İnternet problemi banklara necə təsir edib?

İnternet problemi banklara necə təsir edib?
  17 Noyabr 2015    Oxunub:2032
İnternet şəbəkəsində problemin yaranmasına baxmayaraq ölkədə fəaliyyət göstərən banklar arasında hesablaşmaların fasiləsizliyi və davamlılığı təmin edilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. Bildirilib ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulub. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilib, yəni, Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib.

AMB-dən bildirilib ki, bunun nəticəsidir ki, internet şəbəkəsində problemin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirib, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti