“Davay, nalivay”, yaxud Milli Şuranın şöbələri necə yaranır

“Davay, nalivay”, yaxud Milli Şuranın şöbələri necə yaranır
  25 İyun 2013    Oxunub:1528
Etibar Hüseynov

Necə vaxt idi ki, təxəllüsü “Milaya Şura” olan Milli Şura özündə təpər tapıb, toplaşa bilmirdi. Bu da səbəbsiz deyildi.
Çünki Şuranın özünə sədr secdiyi Rüstəm İbrahimbəyov seckidən sonra Bakıya üz tutmaq əvəzinə yollandı Amerikaya. Və oradan da tələm-tələsik mesaj yolladı ki, bəs “Bakıya gəlməyə qorxuram ki, birdən məni tutarlar. Ona görə də mən sizi elə bu tərəflərdən idarə edəcəyəm, təki siz qorxmayıb, möhkəm dayanın”.Və bununla da həm özünün nə qədər iradəsiz və qorxaq olduğunu ortaya qoydu, həm də yeni bir xalq deyiminə imza atdı.

İndi camaat arasında təzə bir deyim dolaşır - xalq deyir ki, Elçibəy seçiləndən sonra qaçdı getdi, bu rəhmətliyin oğlu hec seçilməmiş aradan çıxıb.

Xalqı narahat edən 2-ci strateji sual isə ondan ibarətdi ki, Rüstəmin qardaşı Maqsud İbrahimbəyov bəyanat verib, doğma qardaşını deyil, İlham Əliyevi dəstəklədiyini bildirdi. İndi xalq qalıb caşbaş ki, əgər öz doğma qardaşı Rustəmə səs vermirsə ona kim səs və dəstək verəcək?

Ortada isə güclü bir “Milaya Şura” imitasiyası yapılır. Guya ki, Şura təşkilatlanır. Tez-tez də müxalif mətbuatda bu cür gurultulu başlıqlar dərc edilir ki, ay nə bilim Şuranın filan rayon şöbəsi yaradıldı, bağ belə -bostan elə. Bəs əslində nə baş verir?

Bir misal gətirəcəyəm, özünüz nəticə çıxarın. Bu yaxınlarda bir sıra qəzetlərdə təmtəraqla Milli Şuranın Sumqayıt şöbəsinin yaradılması barədə xəbərlər yayıldı. Az kecməmiş Facebook-da bu şöbənin yaradılmasını əks etdirən foto yayımlandı. İndi diqqət yetirin və özünüz nəticə cıxarın ki, bunların yaratdıqları şuralar nə şuralardır.

Deməli, Sumqayıtda olan muxalifət partiyalarının sədrləri belə qərara gəlirlər ki, bəs onlar da milli şuranın yerli şöbəsinin yaradilması kimi tarixi bir missiyanı həyata kecirməlidirlər. Ona gorə də bazar günü hərə evindən kotletdən-kolbasadan, kartofdan-soğandan, pendirdən-turşudan götürüb, yolanırlar təbiəitin qoynuna . Çun vacib deyil ki, Sumqayit söbəsi elə Sumqayıtda yaradılsın. Belə çətin və gərgin bir tarixi missiya ancaq təbiətin qoynunda həyata kecirilə bilər. Bu vaxt, təbii ki, yolüstü də atışıb bir-iki iri butulka “Zalatoy kaltso”-dan filandan alınır. 1 qutu da “Kent- 4” siqareti. A kak je. Şuranın işini bitirəndən sonra onu yumaq-filan lazımdı, ya yox?



Deməli, baş verən təntənəli təsisetmə bundan ibarətdir ki, qaqaşlar yığılır təbiətin qoynuna, çeynənmiş bir bəyanat oxuyub elan edirlər ki, bəs möhtərəm Sumqayıt xalqının tələbilə Milli Şuranın şöbəsi elan olunur. Dalıynan da bir “urrra”. Ardı isə aydındır. Yəni “davay, nalivay -100-100, süz- süz getsin”.

Amma sonunda bəylər işləri korlayıblar. Belə ki, Şuranın yaranmasını karton üzərində əbədiləşdirəndən sonra belə qərara gəliblər ki, bunu fotoya alsınlar. Bir qədər sonrasa - yəni “Zalatoy kaltso” öz işini görəndən sonra,- belə qərara alınıb ki, bu tarixi hadisəni internetdə də paylaşsınlar. Səhər “paxmel”dən ayılandan sonrasa görublər ki, bəs iş-işdən kecib...

Bir neçə gün əvvəl “Azadlıq” qəzeti Milli Şuranın Lerik rayon şöbəsinin yarandığı barədə də xəbər dərc edib. İndi bunların o boyda Sumqayıt şöbələri belə yaranırsa, gör, uca dağlar başındakı şöbələri hansı ləzzətlə yaranır.

Amma “Milaya Şura”nın sərgüzəştləri bununla da bitmir. Şura daxilində nə az - nə çox, düz 17 komissiya yaradılıb. Rəngbərəng adlarla - təhlükəsizlikdən tutmuş, ekologiya komissiyasına qədər. Və bu komissiyalara sədr olmaqdan ötrü də qırğın dava düşüb. İndi gör, bunlar şura daxilində vergi, gömrük, fövqəladə hallar komissiyası yaratsalar, nə olardı...

Hələliksə Milli Şura necə deyərlər, “praxodnoy dvor”a çevrilməkdədir. Belə ki son iclasda İsgəndər Həmidov özüylə 10 nəfər gətirib və təkif edib ki, bunlar keçmiş döyüşçülərdir, ona görə də hamısı şuraya üzv olmalıdır. Heç döyüşçüsü olmayan şura olar?

Elə Həmidovu birtəhər yola veribmişlər ki, Bakı kəndlərindən gələn molla ayağa qalxıb ki, bəs “mən də 20 nəfər imanlı-kamallı möminlə gəlmişəm, onlar da şuranın tərkibinə daxil olsunlar”. Şura təkcə donuz əti yeyənlərdən ibarət olmalı deyil ki... Burada təqvalı, imanlı oğlanlar coxluq təşkil etməlidir ki şura da özünü rahat hiss etsin. Amma bu təklifdən sonra iclasa sədrlik edən Sülhəddin Əkbərin əsəbləri dözməyib. Və elə jurnalislərin yanındaca elan eləyib ki, əgər bu “evcik-evcik” oyununa son qoyulmasa, elə bu dəqiqə istefa verib gedəcək.

Amma Şurada “evcik-evcik” deyil, əsl “gizlənpaç” oyunu gedir. Belə ki, şuranın sədri oturub Amerikada, Bakıya gəlmək fikrində olmadığını söyləyir. Rəsul Quliyev və İsa Qəmbərsə öz namizədliklərini irəli sürüb, təbliğatla məşğul olurlar. Bircə Əli Kərimlinin adını çəkən, namizəd yerinə qoyan yoxdur. Zavallı yenə də qalıb ortalıqda. Kim-kimi söymək istəyir, kim-kimi döymək istəyir, üzünü çevirir Əli Kərimliyə. O isə hamıya dözür, hamını dəstəkləyir. Amma bir məsələyə hamı cavab axtarır: Əli Kərimli öz namizədliyini Şura daxilində Rüstəm İbrahimbəyova güzəştə gedən idisə, nədən bu güzəşti elə İctimai Palata daxilində İsa Qəmbərə etmədi? Bunun bədəli, hər halda, Kərimlidən sorulacaq, yəqin ki.

Və sonda. Milli Şuranin son iclasında səslənən təkliflərdən biri bu olub ki, bəs gəlin, biz də “Taksim” meydanındakılar kimi “duran adam” aksiyası keçirək. Adamın lap əti tökülür, vallah. Əvvəla, soruşmaq istəyirsən ki, ay balam, sizin nə vaxtsa özünüzün bir ideya və ya təklifiniz olacaqmı? Yoxsa elə ömür boyu onu-bunu təkrarlamaqla məşğul olacaqsınız? Digər tərəfdənsə, “duran adam” aksiyasi sizin haranıza yaraşır? Bəyəm siz nə vaxtsa tərpənmisiniz ki, indi də durasınız?




Teqlər:  





Xəbər lenti