`Müsəlmanlarına minnətdarıq` - İtalyan nazir

`Müsəlmanlarına minnətdarıq` - İtalyan nazir
  23 Noyabr 2015    Oxunub:2110
İtaliyanın xarici işlər naziri Paolo Centiloni “Facebook” və “Twitter” hesablarından bu ölkədə yaşayan müsəlmanların Romada və Milanda terrorizm əleyhinə etiraz aksiyaları keçirmələrinə münasibət bildirib. O yazıb: “Terrorizmə qarşı öz etiraz səslərini yüksəldən İtaliya müsəlmanlarına minnətdarıq. Yaşadığımız bu mürəkkəb mühitdə küçələrə axışmaq heç də asan deyil. Bu baxımdan nümayişin təşkilini yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, Parisdə baş vermiş silsilə terror aktlarına etiraz əlaməti olaraq İtaliyada yaşayan müsəlmanlar ilk dəfə olaraq terrorizmə qarşı milli nümayişlər keçiriblər. Onlar “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandırılan terrorçu qruplaşmanı “insanlığın xərçəngi” adlandıraraq “İŞİD-ə yox”, “Terrorizmə yox” şüarları səsləndiriblər. Nümayişçilər terrorizmin İslam dini ilə əlaqələndirilməsinin qəbuledilməz olduğunu bildiriblər. (Azərtca)


Teqlər:





Xəbər lenti