Neftin gələn il üçün qiymətləri açıqlandı -55 dollar

Neftin gələn il üçün qiymətləri açıqlandı -55 dollar
  23 Noyabr 2015    Oxunub:2949
Amerikanın “Fortune” jurnalının proqnozlarına əsasən gələn il üçün bir barel neftin qiyməti 55 dollar səviyyəsinə qayıdacaq.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“ABŞ daxili bazarında neft həcminin artıq olması həqiqətən qiymətlərin aşağı olması riskini artırır. Lakin Çində artan tələbat 2016-cı ilin sonlarına qədər neft qiymətlərini 55 dollar səviyyəsinə qaytarmalıdır”.

Nəşr qeyd edir ki, ABŞ neft hasilatçılarının böyük əksəriyyəti özlərini 60 dollar səviyyəsində optimal hiss edirlər. Məhz bu qiymət civarında şirkətlər yeni layihələrə pul yatır bilərlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti