Bordyuja Rusiyanın Azərbaycana silah satmasından danışıb

Bordyuja Rusiyanın Azərbaycana silah satmasından danışıb
  27 İyun 2013    Oxunub:1171
“Azərbaycana silah satışı zamanı bölgədəki bərabərlik prinsipi gözlənilib”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Rusiyanın Azərbaycana silah satmasından danışıb.

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Ermənistanda səfərdə olan N.Bordyuja Rusiyanın Azərbaycana silah satışı zamanı bölgədəki bərabərlik prinsipini gözləndiyini bildirib:

“Rusiya Federasiyası dünyadakı ən böyük silah hazırlayan və ixrac edən ölkələr arasındadır. KTMT-ə üzv olan ölkələr arasında dünyanın onlarla ölkəsinə silah satışı həyata keçirilir. Bu, bazarın yaradılması və Rusiyanın iqtisadiyyatını formalaşdırması kimi başa düşülməlidir. Azərbaycan kimi KTMT-a üzv olmayan ölkəyə silah satışı zamanı isə Qafqazdakı bərabərlik prinsipi nəzərə alınıb”-deyə, KTMT-nin baş katibi qeyd edib.

S.İltifatqızı


Teqlər:  





Xəbər lenti