Səyavuş Aslanın oğlu danışdı

Səyavuş Aslanın oğlu danışdı
  27 İyun 2013    Oxunub:5183
“Hərtərəfli insan olmaqla yanaşı yaxşı ata idi”.
Bunu AzVision.az-a açıqlamasında mərhum xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanov deyib. Onun sözlərinə görə, atası heç vaxt övladını, ailəsini yadından çıxarmayıb :

“Həmişə ailəsi haqqında düşünüb. Çox ailəcanlı insan idi. İşləri çox olsa da, bizə həmişə vaxt ayırıb”.

“Şərəf” ordeni ilə təltif olunmasında xəbərinin olub-olmadığına gəlincə, oğlu bildirib ki, vəziyyəti yaxşı olmadığı üçün demək olar ki, xəbəri olmayıb.

Ç.Aslanov atasının İkinci Fəxri xiyabanda dəfn olacağını qeyd edib.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti