“ASAN Xidmət” Şamaxıda

“ASAN Xidmət” Şamaxıda
  01 İyul 2013    Oxunub:1894
ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir.
Şamaxı, Qobustan və Ağsu rayonlarının ümumi sayı 210000-dən çox olan sakinləri iyulun 15-dək Şamaxı şəhərində ASAN Səyyar Xidmətdən yararlana biləcəklər. AzVision.az-ın məlumatına görə, şimal istiqamətində avtobuslar Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Şirvan, Sabiradad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcək.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda isə Sabirabad və Saatlı rayonlarının sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

29 iyun - 15 iyul tarixində Şamaxı, Qobustan və Ağsu rayonlarının ümumi sayı 210000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Şamaxı şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.

Bu xidmətlərə aşağıdakılar daxildir:

* Notariat fəaliyyəti

* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

* Sürücülük vəsiqələrinin dəyişdirilməsi

* Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

* Əmək pensiyalarının təyin edilməsi

* Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

* Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Teqlər:  





Xəbər lenti