Kannda Azərbaycan günləri – FOTOSESSİYA

Kannda Azərbaycan günləri – FOTOSESSİYA
  06 İyul 2013    Oxunub:1675
Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində iyulun 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəhərin meri Bernar Broşanla görüşüb.
Görüşdə bir daha bu tədbirlərin əhəmiyyəti vurğulanıb, şəhər ictimaiyyəti və turistlər arasında bu mədəniyyət tədbirlərinin doğurduğu əks sədadan məmnunluq ifadə olunub.

Bernar Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirib.

Daha sonra bu şəhərdə keçirilən Böyük Səkkizliyin sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanan heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi Mehriban Əliyevaya təqdim olunub.

İyulun 5-də axşam Kannda Azərbaycanın tərənnümünə həsr olunmuş foto sərginin açılışı olub. Bu sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilib.

Qalereya




Teqlər:





Xəbər lenti