Humayın fantaziyası - FOTOSESSİYA

Humayın fantaziyası - FOTOSESSİYA
  08 İyul 2013    Oxunub:6090
İstedadlı tarzən Humay Qədimova tarda maraqlı kompazisiya hazırlayıb. Yeni instrumental əsər improvizə üzərində qurulub. Ritmik melodiya üzərində köklənən bəstəyə türkiyəli məhşurlar Tarkan və Sərdar Ortacın məhşur mahnılarının musiqisi əlavə edilib. Milli alətimiz olan tarın imkanlarının məhdud olduğunu nəzərə alsaq, Humayın fantaziyasında bu improvizənu uğurlu yenilik adlandırmaq olar.
Sənətçi AzVision.az-a bildirib ki, yeni kompazisiya tək ölkcə civarında eşidilməyəcək. O, adı çəkilən türkiyəli sənətçiləri də yeni ifası ilə tanış edəcək. Xatırladaq ki, bir neçə il öncə Bakıda keçirilən konsertlərdə Humay hər iki ünlü ifaçını tarda müşayiət edib. Konsertdən sonra tərəflər sənət mübadiləsi aparıb və əməkdaşlığın bundan sonra da olacağını vurğulayıblar. Onlar Humayı tanıdıqları üçün tarzən xanım kiçik əsəri onlara eşitdirməyi zəruri bilib.

Qalereya




Teqlər:  





Xəbər lenti