Limonad satışına qadağa qoyuldu

Limonad satışına qadağa qoyuldu
  09 İyul 2013    Oxunub:1336
Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan duşes və tərxun içkisinin istehsalı və satışı qadağan edilib.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, sanitariya norma və qaydalara məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, istehsal olunan duşes və tərxun limonadları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqlarını aparmaq üçün laboratoriya və ya hər hansısa bir laboratoriya ilə müqavilə yoxdur, məhsulların sınağı aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.

Aşkar olunan bu və digər nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan duşes və tərxun limonad içkisinin istehsalı və satışı qadağan edilib.


Teqlər:  





Xəbər lenti