“Rüstəm İbrahimbəyovun konkret qərarı olmalıdır”

“Rüstəm İbrahimbəyovun konkret qərarı olmalıdır”
  09 İyul 2013    Oxunub:1338
Milli Şura seçki qərargahından danışıb
“Hesab edirəm ki bu günkü iclas çox məhsuldar keçdi. Milli Şura bu gün böyük bir addım atdı”.

AzVİsion.az-ın məlumatına görə, bu fikirləri jurnalisilərə açıqlamasında “EL” hərəkatının rəhbəri Eldar Namazov Milli Şuranın 3-cü sessiyasının yekunlarından danışarkən deyib.

O bildirib ki, bu gün baş tutan iclasda nəzərdə tutulan işlərin hamısı görüldü: “Komissiyalar və komitələr yaradıldı. Vahid namizədin seçki qərargahı haqda müzarkiələr getdi. Qanuna görə avqustun ortalarında seçkiyə başalamaq lazımdır. Biz bu baxta bir ay qalmış, yəni gələn həftə seçki qərargahı, komissiya və komitələrin təqdimatı olacaq və onlar işə başlayacaq. Cəmiyyəti səfərbər etmək prosesini həyata keçirmək üçün təşkilat strurktularını yaratdı”.

Seçki qərargahından danışan Eldar Namazov vurğulayıb ki, onun yaradılmasını Rüstəm İbrahimbəyov icra aparatına həvalə edib: “Təkrarçılıq olmasın deyə bir icra strukturu formalaşır və seçki qəragahı icra aparatı ilə birgə fəaliyyət göstərəcək. Hələlik mən rəhbərlik edəcəm, amma bu barədə Rüstəm müəllimin konkret qərarı olmalıldır”.

Fatimə




Teqlər:  





Xəbər lenti