Kəmaləddin Heydərov daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov daxili işlər naziri ilə görüşüb
  10 İyul 2013    Oxunub:1514
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstanın daxili işlər naziri, ordu generalı Qulam Mujtaba Patangın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı K. Heydərov FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. O, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Əfqanıstanın daxili işlər naziri isə iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.

Görüşdə Əfqanıstanın müvafiq qurumlarının əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında gələcəkdə uzunmüddətli təhsil perspektivləri müzakirə olunub.
Görüşdən sonra nümayəndə heyəti Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti