Sabah nazirlə görüş olacaq

Sabah nazirlə görüş olacaq
  10 İyul 2013    Oxunub:1181
Mədəniyyət və turizm naziri Quba şəhərində vətəndaşları qəbul edəcək.

AzVision.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sabah saat 10:00-da Quba şəhərində B.Səfəroğlu adına Quba mədəniyyət evində (Heydər Əliyev pr. 165) Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

1. Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi - Elxan Məhərrəmov, (02333) 5-33-00, (050) 321-16-19.
2. Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsi - David İbramxəlilov, (02338) 5-48-56, (050) 631-52-36.
3. Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsi - Nazim Ağayev, (02332) 5-22-73, (050) 315-58-81.
4. Şabran Rayon Mədəniyyət və Turizm Şöbəsi - Əhməd Səmədov, (02335) 3-45-09, (070) 206-96-30.
5. Siyəzən Rayon Mədəniyyət və Turizm Şöbəsi - Nigar Qəniyeva, (02330) 4-05-52, (050) 593-78-77.


AzVision.az


Teqlər:





Xəbər lenti