Bu dəfə Taksimdə iftar açdılar - FOTOLAR

Bu dəfə Taksimdə iftar açdılar - FOTOLAR
  10 İyul 2013    Oxunub:1344
“Bizə hər yer Taksim, hər yer müqavimət”...
Türkiyənin Taksim Meydanında Bəyoğlu Bələdiyyəsi müsəlmanlar üçün iftar süfrəsi açıb.

AzVision.az xəbər verir ki, 400-ə yaxın müsəlman iftarını meydanda açıb.

Bələdiyyə sədri, iftardan öncə müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, onları qardaşlığa və süfrələrini bölüşməyə səsləyib.

"Ramazan müsəlmanlar üçün gözəl bir fürsətdir. 20 ildir Bələdiyyə tərəfindən iftar süfrələri qurulur. İnanıram ki, qurulun bu iftar süfrəsi də, ötən günlər ərzində yaşanan bədbəxt hadisələri unutduraraq, barışıq üçün bir vəsilə olacaq”-deyə o vurğulayıb.

Taksim Meydanındakı iftar süfrəsi davam edərkən, özlərini "Antikapitalist Müsəlmanlar" adlandıran bir qrup vtəndaş aktivləşərək İstiqlal küçəsində toplaşıb.

Evlərindən gətirdikləri yeməklərlə iftarlarını açan vətəndaşlarla polis arasında qarşıdurma yaranıb. Belə ki, polis iftar süfrəsindən sonra onların çıxıb getməsini tələb edib. Nümayişçilər isə Gezi Parkına tərəf üz tutub.

Onlar “Bizə hər yer Taksim, hər yer müqavimət”, “Bu hələ başlanğıcdır, mübarizəyə davam” şüarları səsləndirərək, Parkın giriş qapısında toplaşıblar.

Mirvari

Qalereya




Teqlər:  





Xəbər lenti