Əli Həsənov: “Bu problemlər dünyanın hər yerində var”

Əli Həsənov:  “Bu problemlər dünyanın hər yerində var”
  10 İyul 2013    Oxunub:1483
“Dövlət on milyon əhalinin qayğılarını eyni zamanda həll etmək gücündə deyil“”.
“Azərbaycan gəncliyinin elitası qarşısında çıxış etməyin nə qədər çətin olduğunu öz numunəmdə görürəm. Tələbələrin ən yaxşılarını seçib elmə yönləndiriblər. Bu kəsimin əhval ruhiyyəsi, gündəlik qayğıları dövlətin əhval ruhiyyəsini yaradıb”.

AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün AMEA-da gənc alimlərin ümumi yığıncağında deyib.

O bildirib ki, elmin elitası həmişə nəyə “hə” deyibsə, bu sahə həmişə keçərli olub:

“Gec, yaxud tez insanlar öz diqqətlərini intellektual gəncliyin problemlərinə yöntəlməli olub. Bu gün də gördüm ki, qarşımıza qoyulan məsələlərin əksəriyyəti həll olunan məsələlərdir. Bu məsələlər prinsipial mahiyyət daşısa da dövlətimizin, millətimizin inkişafına kölgə salmır”.

Ə.Həsənov vurğulayıb ki, sosial problemlərin yaşanmadığı cəmiyyət yoxdur. Sadəcə bəzisində bu, az, bəzisində çoxdur. Alimlərin maaşının az olması problemləri dünyanın istənilən ölkəsində mövcuddur. Hesab edirsiz ki, ABŞ-ın özündə orta məktəbdə dediyi dərslə aldığı maaşla dolanırmı? Əlbəttə ki, yox. İngiltərəyə gedən tələbələrimiz danışırlar ki, orada müəllimlər adi insalardan daha ucuz siqarət çəkirlər, çünki buna maddi imkanları yoxdur”.

Administrasiya nümayəndəsi alimlərin maaşlarından da danışıb. O bildirib ki, bu kimi problemlər dövlətə məlumdur:

“Maaşlarınız azlığı, bəzilərinizin yataqxanda qalmağı, bir qisminizin maddi problemlərə gör ailə qura bilməməyinin dövlətə bəlli olmadığını zənn edirsə, səhv edirsiz. Bu barədə dövlətə bəllidir. Amma dövlət on milyon əhalinin qayğılarını eyni zamanda həll etmək gücündə deyil. Ailədə olduğu büdcədən nəyə pul xərcləməyinin daha önəmli olduğuna qərar verildiyi kimi dövlətdə də dövlət siyasətinə uyğun olaraq buna qərar verilir”.

Ə. Həsənov onu da qeyd edib ki, ölkə prezidenti Nazirlər Kabinetinin iclasında gənclər üçün poteka kreditlərinin əldə olunmasının asanlaşdırılması barədə təkliflər verib:

“İlkin ödənişin azaldılması, yaxud bu məbləğin kredit şəklində dövlət tərəfindən ödənilməsi . Kreditin götürülməsi şərtlərinin asanlaşdırılması kimi təklifləri səsləndirib”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti