Xaricdə təhsil üçün 274 nəfər sənəd verib

Xaricdə təhsil üçün 274 nəfər sənəd verib
  10 İyul 2013    Oxunub:993
Təhsil Nazirliyinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün elan etdiyi sənəd qəbulu avqustun 15-dək davam edəcək.
AzVision.az Nazirliyin saytına istinadən xəbər verir ki, indiyədək Təhsil Nazirliyi tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş bütün namizədlərlə fərdi müsahibələr aparılacaq. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcək.

İyulun 10-dək 274 vətəndaş sənədlərini təqdim etmək üçün Təhsil Nazirliyinə müraciət edib.

Qeyd edək ki, Təhsil Nazirliyi mayın 22-dən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir.


Teqlər:  





Xəbər lenti