Nazirlikdən əhaliyə xəbərdarlıq

Nazirlikdən əhaliyə xəbərdarlıq
  11 İyul 2013    Oxunub:1481
Yay mövsümünün başlanması ilə bağlı Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunduğu üçün Mədəniyyət və Turizm Nazirliyi əhalini diqqətli olmağa çağırır.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, nazirlik əhalinin nəzərinə çatdırıb ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Deyilən məsələ ilə bağlı məlumat üçün telefon da təklif olunur: (012) 492-88-50

AzVision.az


Teqlər:





Xəbər lenti