Şəfiqə Axundova Bakıya yola salınıb

Şəfiqə Axundova  Bakıya yola salınıb
  12 İyul 2013    Oxunub:1509
Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundovanın səhhəti pisləşib.
Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xalq artisti Şəfiqə Axundova müalicəsinin davam etdirilməsi üçün Bakıya yola salınıb.

Qeyd edək ki, ötən gün saat 23:00 radələrində sənətkar Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onun səhhəti ötən axşam qətildən pisləşib.
Həkimlərin müdaxiləsindən sonra xalq artistinin vəziyyəti normallaşıb. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Bir aya yaxın Şəkidə yaşayan bəstəkarın bu müddət ərzində səhhətində hər hansı problem yaranmayıb.
Qeyd edək ki, 89 yaşlı xalq artisti uzun müdddətdir ürək xəstəliyindən əziyyət çəkir. Bu il ərzində o, bir neçə dəfə xəstəxanada müalicə edilib.(Trend)


Teqlər:  





Xəbər lenti