“Şəfiqə Axundova ilə maraqlanan yoxdur”

 “Şəfiqə Axundova ilə maraqlanan yoxdur”
  12 İyul 2013    Oxunub:1883
“Bütün müalicə xərclərini özümüz çəkirik”
Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın səhhəti orta ağırdır. Bəstəkarın vəziyyətində heç bir irəliləyiş yoxdur.

Bəstəkarın bacısı Rəfiqə Axundova AzVision.az-a açıqlamasında deyib ki, bəstəkar dünən axşamdan 1 saylı Kilinik Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “ Vəziyyəti yaxşı olmadığına görə, palataya köçürülmür. Hələ həkimlər də səhhəti ilə bağlı bir söz demir. Onlar da bilmirlər ki, necə olacaq. Şəfiqə Axundova ilə heç kim maraqlanmır, müalicə xərclərini də özümüz çəkirik.”

Qeyd edək ki, 89 yaşlı xalq artisti uzun müdddətdir ürək xəstəliyindən əziyyət çəkir. Bu il ərzində o, bir neçə dəfə xəstəxanada müalicə edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti