Birinci xanım Ağaxan Abdullayevlə vida mərasimində - FOTOLAR+VİDEO
Vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Ağaxan Abdullayevin adı muğam sənətində daim yaşayacaq: “O, 40 ildən çox peşəkar səsi ilə muğam sənətini zənginləşdirib, dünyanın 20-dən çox ölkəsində çıxış edib. Böyük silsilə tədbirlərdə ölkəmizi təbliğ edib. Gənc nəslin yetişməsində Ağaxan Abdullayev böyük rol oynayıb. Görkəmli şəxsiyyət Heydər Əliyevin zamanında əməkdar və xalq artisti adını qazanıb. Heç kəs əbədi deyil, hamımız haqq dünyasına qovuşacayıq”.
Xalq artisti Arif Babayev isə deyib ki, Ağaxan Abdullayevi itirmək Azərbaycan musiqisi üçün çox ağırdır. “O, yaxşı dost, yaxşı ailə başçısı və yaxşı xanəndə olub. O bizim qəlbimizdə həmişə yaşayacaq”.
Xanəndə, xalq artisti Alim Qasımov görkəmli sənətkarla bağlı çıxış edərkən mərhumun tabutuna yaxınlaşıb və Bəxtiyar Vahabzadənin "Muğam" poemasından bu parçanı-`Dəfn edin siz məni Zabul segahın mayəsinə, Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam` -yüksək səslə ifa edib.
“Ağaxan Abdullayevin vəfatı hər kəs üçün ağır itkidir”, -deyə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi vurğulayıb.
Şəhanə Rəhimova
Foto: Elvin Abdulla
AzVision.az